Azərbaycan Respublikasının Hesablama Palatasının “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”ına verilmiş rəyə əsasən, 2024-cü ilin dövlət büdcəsinin gəlirləri üzrə icra göstəriciləri açıqlanıb.
GDP xəbərinə gör, məlumatda bildirilir ki, bəzi gəlir növlərində kəsirli icra halları müşahidə olunub. Xüsusilə, əmlak vergisi üzrə büdcə daxilolmalarının 92,8%-i, dövlət rüsumu üzrə 85%-i, büdcədənkənar gəlirlər üzrə isə yalnız 65,9%-i icra edilib. Bundan başqa, kontrakt qiyməti ilə ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən yığımlar yalnız 53,6% səviyyəsində icra olunub.