Mövcud sürmə yolları isə əsaslı təmir olunmaqla yanaşı, 3 yeni sürmə yolu da inşa edildi.
GDP xəbər verir ki, bunu Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov açıqlayıb.
O bildirib: “Heydər Əliyev Beynəlxalq Aeroportunda 17/35 uçuş-enmə zolağı əsaslı təmirdən sonra yenidən istifadəyə verildi. Bu ilin yanvarında başladığımız genişmiqyaslı yenidənqurma layihəsi çərçivəsində zolağın asfalt-beton örtüyü tamamilə yeniləndi, cihazlara enmə sistemi (ILS) ən son texnologiyalara uyğun şəkildə təkmilləşdirildi, drenaj sistemləri müasir standartlara cavab verəcək səviyyəyə gətirildi. Mövcud sürmə yolları isə əsaslı təmir olunmaqla yanaşı, 3 yeni sürmə yolu da inşa edildi.”
Teymur Həsənovun sözlərinə görə,bu yenidənqurma prosesi, hava limanının infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirdiyimiz strateji planın əsas komponentlərindən biridir. “Biz bu addımlarla əməliyyat etibarlılığını və təhlükəsizliyi ən yüksək səviyyədə təmin etməyə çalışırıq, həm sərnişinlərimizin rahatlığı, həm də uçuşların təhlükəsizliyi üçün durmadan inkişaf edirik”,-deyə Teymur Həsənov fikirlərini tamamlayıb.