Hindistan Mərkəzi Bankının məlumatına görə, ölkə valyuta ehtiyatlarını möhkəmləndirmək məqsədilə ABŞ dövlət istiqrazlarındakı aktivlərini azaldaraq, qızıl ehtiyatlarının payını artırır.
GDP xəbər verir ki,bu addım inkişaf etməkdə olan bir sıra dövlətlərin Amerikan dollarından asılılığını azaltmaq istiqamətindəki ümumi meylini əks etdirir.Mərkəzi Bankın açıqlamasında qeyd edildiyi kimi, Hindistan eyni zamanda ABŞ xəzinə veksellərindəki payını da azaltmaqdadır. Mütəxəssislər bunu beynəlxalq investisiyalarda diversifikasiya axtarışı və doların təsirindən çıxmaq cəhdi kimi qiymətləndirirlər.