“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının İştirakçılarının və Himayəçilər Şurasının növbədənkənar iclasları keçirilib. İclaslar çərçivəsində təşkilati məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
GDP xəbər verir ki, qəbul edilən qərarlara əsasən, İttifaqın Himayəçilər Şurasının tərkibində dəyişikliklər edilib. Belə ki, “Paşa Sığorta” ASC-nin İdarə Heyətinin sədri Niyaz Rövşən oğlu İsmayılov Himayəçilər Şurasının sədr müavini təyin edilib. O, bu vəzifədə “Paşa Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Kərim qızı Cabbarovanı əvəz edib.
Həmçinin, “Qala Sığorta” ASC-nin Direktorlar Şurasının sədrinin müavini Aydın Səməd oğlu Rəhmanov Himayəçilər Şurasının yeni üzvü seçilib. O, şuranın tərkibində əvvəlki üzv olan “Xalq Sığorta” ASC-nin İdarə Heyəti sədrinin müavini Mətanət Alim qızı Nərimanlının yerinə təyin edilib.
Mənbə: “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı