İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən ümumilikdə 6 yeni telekommunikasiya operator və provayderi uçota alınıb.
GDP xəbər verir ki, “Aznet technologies” QSC, “Alnet”, “Profib”, “Volt internet”, “Sfera net” və “Caspian İT services” MMC-lərin müraciəti əsasında onların uçota alınması həyata keçirilib.
Həmçinin “Proksi fiber” və “Avirtel” MMC-lərin müraciətləri əsasında operator və internet provayder kimi fəaliyyətlərini dayandırmaları səbəbindən uçotları ləğv edilib. Bununla da uçota alınan telekommunikasiya operator və provayderlərinin sayı 163-ə çatıb.