Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində ölkənin enerji ixracı və turizm imkanları haqqında mühüm açıqlamalar verib.
Dövlət başçısı bildirib ki, Azərbaycanın qaz ixracının həcmi və coğrafiyası genişlənir. İndiyədək 14 ölkə Azərbaycan qazı ilə təchiz edilib, onlardan 11-i daimi müştəridir. 2024-cü ildə bəzi ölkələr ehtiyaclarına uyğun olaraq təchizatı dayandırsa da, ümumi əlaqə saxlanılır.
Prezident vurğulayıb ki, bu il daha iki Avropa ölkəsi əlavə olunmaqla, boru kəmərləri ilə qaz təchiz etdiyi ölkələrin sayı 16-ya çatacaq. Bu, Azərbaycanı boru kəməri vasitəsilə ən çox ölkəni qazla təmin edən dünya lideri edir. Ötən il üçün qaz ixracı 25 milyard kubmetrdən çox olub və artım potensialı mövcuddur.
Müsahibənin davamında Prezident Azərbaycanın təhlükəsiz məkan kimi nüfuzu və turizm cəlb etmə qabiliyyəti haqqında da danışıb. O, qeyd edib ki, iki ay sonra Şahdağda ilk dəfə Xizəksürmə üzrə Dünya Çempionatı keçiriləcək və ölkə Beynəlxalq Xizək Federasiyasının təqviminə daxil edilib.
Turizm infrastrukturuna diqqəti cəlb edən Prezident, nadir gözəlliyə və miqyasına malik “Sea Breeze” böyük tikinti layihəsini də təqdim edib. Layihədə bir məkanda mehmanxana, əyləncə, yaşayış yerləri və digər imkanların birləşdiriləciyini bildirib.

