Məşhur sahibkar və “Tesla” şirkətinin rəhbəri İlon Mask ABŞ-ın qızıl ehtiyatlarının yoxlanılmasını tələb edib.
GDP xəbər verir ki, o, Fort-Noksdakı qızıl ehtiyatlarının auditi aparılmalı olduğunu vurğulayaraq, bunun Amerika cəmiyyətinə məxsus olduğunu və onun yerində qalıb-qalmadığını öyrənmək istədiklərini bildirib.
Maskın bu çağırışı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Fort-Noks ABŞ-ın qızıl ehtiyatlarının böyük bir hissəsinin saxlanıldığı yer hesab edilir və uzun illərdir onun məzmunu barədə fərziyyələr və şübhələr mövcuddur.
ABŞ hökuməti və Federal Ehtiyat Sistemi bu çağırışa hələlik rəsmi reaksiya verməyib.