ABŞ-ın tanınmış sahibkarı və “Tesla” ilə “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask, sabiq prezident Donald Trumpın dövlət xərcləri ilə bağlı təqdim etdiyi qanun layihəsini sərt tənqid edib.
GDP-nin məlumatına görə,Mask X (keçmiş Twitter) sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirib ki, bu qanun layihəsi ABŞ-ın dövlət borcunun tavanını 5 trilyon dollar artıracaq. Onun sözlərinə görə, bu artım Amerika tarixində analoqu olmayan bir addımdır və ölkəni borc köləliyinə aparan ən qısa yol sayılır.
“Bu qanun layihəsi dövlət borcunun tavanını 5 trilyon dollar artıracaq. Bu, tarixdə ən böyük artım olub və Amerikanı borc köləliyinə aparan ən qısa yoldur,” — deyə Mask qeyd edib.
Qeyd edək ki, ABŞ-da dövlət borcu ilə bağlı müzakirələr uzun müddətdir ki, ictimai və siyasi gündəmdədir. Maskın bu açıqlaması isə mövcud fiskal siyasətin sərt tənqidçiləri arasında narahatlığın artdığını göstərir.