Milyarder iş adamı İlon Mask, yeni siyasi partiya qurduğunu açıqlayıb.
GDP xəbər verir ki,o, bu qərarı sosial şəbəkə X-də keçirdiyi səsvermənin nəticələrinə əsaslanaraq verdiyini bildirib.
Maskın sözlərinə görə, səsvermə nəticəsində istifadəçilər yeni bir siyasi partiya istəyib və bu istək doğrultusunda partiya yaradılıb.
Mask, ölkənin israfçılıq və rüşvət səbəbindən iflasa sürükləndiyini vurğulayaraq, hazırkı siyasi sistemin demokratiya olmadığını və əslində birpartiyalı bir sistem olduğunu qeyd edib. O, yeni qurulan Amerika Partiyasının vətandaşların azadlıqlarını bərpa etmək məqsədini güdəcəyini bildirib.
Bu addım, Maskın siyasi həyatına daxil olması və onun texnoloji dünyadakı uğurlu karyerasının sonrakı addımı kimi diqqət çəkir. Yeni partiyanın gələcəkdəki fəaliyyəti və təsiri isə hələ də mübahisəlidir.