Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun məlumatına əsasən, ölkə üzrə ipoteka kreditlərinin ümumi həcmi 4,5 milyard manat təşkil edir.
GDP xəbər verir ki, bunun 3,3 milyard manatı dövlət xətti ilə 52,4 min şəxsə, 1,2 milyard manatı isə bankların daxili ipoteka proqramları çərçivəsində 12 min şəxsə təqdim olunub.
Kreditlərin 32 %-i, yəni 1,44 milyard manatı güzəştli kateqoriyalara aid şəxslərə, 73 %-i, yəni 3,285 milyard manatı isə gənclərə və gənc ailələrə yönəldilib. Bundan əlavə, kreditlərin 18 %-i, yəni 810 milyon manatı ölkənin 50 regionunda həyata keçirilib.