2024-cü il dekabrın 1-nə olan məlumata görə, sistemə ümumi 3 745 müraciət daxil olub ki, bu da gündəlik orta hesabla 10 müraciət deməkdir.
GDP xəbər verir ki,İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) müraciətlərin 3 526-sı (94,15%) telekommunikasiya, 219-u (5,85%) isə poçt rabitəsi sahəsi ilə bağlı olub.
Məlumata görə, 2023-cü ilin oktyabr ayında operator və provayderlərin, 2024-cü ilin mart ayında isə poçt rabitəsi operatorlarının iştirakı ilə sistemdən istifadə üzrə təlimlər keçirilib. Operator və provayderlərin şikayətlərin statusunu izləməsi üçün onlayn izləmə sistemi də qurulub. Sistemin artım tempi onun getdikcə daha çox aktuallıq qazandığını və istifadəçilərlə xidmət təminatçıları arasında səmərəli körpü rolunu oynadığını göstərir.