İngiltərə Bankı, fevral ayı iclasının nəticəsi olaraq əsas faiz dərəcəsini 25 bənd azaldıb.
GDP xəbər verir ki, bu barədə Böyük Britaniyanın Mərkəzi Bankı məlumat yayıb.
Faiz dərəcəsi 4,75%-dən 4,5%-ə endirilib. Bu qərar analitiklərin konsensus proqnozları ilə uyğun gəldi.
Faiz dərəcəsinin 25 bənd azaldılmasına, Pul-kredit siyasəti Komitəsinin (MPC) yeddi üzvü səs verib, iki üzv (Swati Dingra və Catherine Mann) isə dərhal 50 bənd azaldılmasını təklif ediblər.

