“ABB İnvest” bazar lideri olmaqla fond bazarında ən yüksək həcmli əməliyyatları həyata keçirən şirkətdir.
GDP Bakı Fond Birjasının üzvlərinin dövriyyəsi ilə bağlı hesabatına istinadən xəbər verir ki, “ABB İnvest” bazar payı 56,37%-dir, yəni fondda dövriyyədə olan qiymətli kağızların yarısından çoxu onun vasitəsilə alınıb-satılır.
“PAŞA Kapital” isə bazarın 24,95%-nə nəzarət edir və ikinci böyük şirkət kimi çıxış edir. Fond bazarında ən az paya “Troni İnvestisiya Şirkəti” malikdir, yalnız 0,005% bazar payına sahibdir.