17 may 2024-cü il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
GDP hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.
İstiqrazların buraxılış parametrləri:
Qiymətli kağızın ISIN kodu AZ2086008680
Emissiya həcmi 50,000,000 manat
Nominal qiyməti 1,000 manat
Hərrac qiyməti 1,000 manat
İstiqrazların tədavül müddəti 7200 gün
Faiz dərəcəsi 3.25 %
Faiz gəlirinin ödəniş müddəti 180 gündən bir (6 aydan bir)
Anderrayter “Unicapital İ.Ş” ASC
Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.
ARİKZF-in istiqrazlarının emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.