Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (Fond) aktivləri 3,7 milyard manat, məcmu kapitalı isə 1,23 milyard manat təşkil edir.
GDP xəbər verir ki, 2005-ci ildən etibarən fəaliyyət göstərən qurum toplam 136,1 milyon manatlıq mənfəət əldə edib.
Fond, ölkənin suveren reytinqinə (BBB-) bərabər beynəlxalq reytinqə malik yeganə maliyyə təsisatıdır. Bu, onun dayanıqlı və etibarlı maliyyə qurumu olduğunu təsdiqləyir. Fəaliyyət göstərdiyi 18 il ərzində bütün illəri mənfəətlə başa vurmuş, istiqraz emissiyası ilə əlaqədar olaraq 1,906 milyard manatdan çox öhdəlikləri uğurla icra etmişdir.
Fondun qiymətli kağızlar bazarındakı ən mühüm nailiyyətlərindən biri ən uzunmüddətli emissiyaya sahib olmasıdır. İstiqrazlarının orta müddəti 22 il təşkil edir. Yüksək kapitallaşma səviyyəsinə malik Fondun kapitalının aktivlərinə nisbəti 33,4% təşkil edir.