19 avqust 2024-cü il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.
Birjanın yaydığı məlumata görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Qiymətli kağızın ISIN kodu: AZ2088008688
Emissiya həcmi: 50,000,000 manat
Nominal qiyməti: 1,000 manat
Hərrac qiyməti (birqiymətli hərrac olduqda): 1,000 manat
İstiqrazların tədavül müddəti: 7200 gün
Faiz dərəcəsi: 3.25 %
Faiz gəlirinin ödəniş müddəti: 180 gündən bir (6 aydan bir)
Anderrayter: “Unicapital İ.Ş” ASC
Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.
ARİKZF-in istiqrazlarının emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilmişdir.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.