Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, SARDA Group və Çinin iSoftStone şirkəti arasında birgə görüş keçirilib.
Görüşün əsas mövzusu innovasiya və texnologiya sahəsində əməkdaşlıq üçün potensial tərəfdaşlıq imkanlarının araşdırılması olub. Müzakirələr zamanı texnoloji inkişafa dəstək ola biləcək və ölkənin böyüməkdə olan innovasiya ekosisteminə töhfə verməsi gözlənilən birgə layihələrə dair fikir mübadiləsi aparılıb.
Çinli iSoftStone şirkətinin nümayəndə heyətinə şirkətin İcraçı Vitse-Prezidenti Li Huanq rəhbərlik edib. Görüşdə hər iki tərəf ikitərəfli əməkdaşlığın gücləndirilməsi və rəqəmsal transformasiyanın sürətləndirilməsinə yönəlmiş birgə təşəbbüslər barədə fikirlərini bölüşüblər.

