İran hökumətinin Ali İqtisadi Koordinasiya Şurası günəş enerji sektorunun inkişafı məqsədilə 1,5 milyard dollar maliyyə ayırıb.
GDP xəbər verir ki, bu vəsait günəş elektrik stansiyalarının tikintisi üçün lazım olan avadanlığın idxalını maliyyələşdirmək üçün istifadə olunacaq.
İran banklarına Energetika Nazirliyinə uyğun kreditlər vermək tapşırılıb və maliyyələşdirmənin ümumi gücü 7000 meqavat olan günəş elektrik stansiyalarının qurulmasına kifayət edəcəyi gözlənilir.
Hökumət dörd il ərzində ölkənin günəş enerji potensialını artıraraq günəş elektrik stansiyalarının gücünü 30 gigavatadək yüksəltməyi planlaşdırır.