Azərpoçt” MMC-nin İdarə heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev bildirib ki, şirkətin əməkdaşı Sitarə xanım Filateliyanın İnkişafı üzrə Dünya Assosiasiyasının (WADP) Sədri seçilmişdir.
GDP xəbər verir ki, onun sözlərinə görə bu, Azərbaycan poçt xidmətinin beynəlxalq arenada əldə etdiyi növbəti uğurdur.
Təşkilatın sədri seçilən Sitarə xanımın bu vəzifəyə seçilməsi Azərbaycan peşəkarlarının filateliya sahəsindəki biliyinin və təcrübəsinin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsi kimi qiymətləndirilir.
Qeyd edək ki, Filateliyanın İnkişafı üzrə Dünya Assosiasiyası (WADP) kolleksiyaçılıq və poçt markalarının nəşri sahəsində aparıcı beynəlxalq təşkilatlardan biridir.


