Amazon-un qurucusu Jeff Bezos şirkətin səhmlərinin tarixi maksimuma yaxınlaşdığı vaxtda 16 milyon ədəd səhmini sataraq rekord məbləğdə gəlir əldə edib.
GDP xəbər verir ki, Bezos cəmi 24 saat ərzində 3 milyard dollardan çox qazanıb. Bu o deməkdir ki, hər saniyədə təxminən 34,7 min dollar gəlir əldə edib.Amazon səhmlərinin qiyməti son dövrün ən yüksək səviyyəsinə çatdığı bir vaxtda həyata keçirilən bu əməliyyat bazarda böyük marağa səbəb olub.
Qeyd edək ki, Jeff Bezos hələ də Amazon-un ən böyük səhmdarlarından biri olaraq qalır və onun ümumi sərvəti dünyanın ən varlı insanları siyahısında ön sıralarda yer alır.Amazon-un səhmlərinin qiymətinin artması şirkətin e-ticarət və bulud xidmətləri sahəsində davamlı uğurları ilə əlaqələndirilir.