Azərbaycan paytaxtının ictimai nəqliyyatında istifadə olunan “BakıKart”ın mobil tətbiqi 1 aydan çox müddətdir ki, işləmir və bank kartlarından “BakıKart”a pul yükləmək mümkün deyil. Vətəndaşlar tətbiqdəki cüzdan bloklandığı üçün balansdakı puldan istifadə edə bilmirlər.
Bu bloklanmadan sonra “Bakı Kart”ın operatoru “K Group” MMC-nin direktoru Orxan Bayramov işdən çıxdı. Buna baxmayaraq yenə də “BakıKart”ın mobil tətbiqinin fəaliyyəti bərpa olunmadı. Çox təəssüf ki, 1 aydan çox müddət keçməsinə baxmayaraq vətəndaşların “Bakı Kart” tətbiqindəki vəsaitləri barədə hələ də heç bir məlumat verilmir.
18 sentyabr tarixində “Bakı Kart”ın operatoru “K Group” MMC-yə Azərbaycan Mərkəzi Bankı elektron pul təşkilatı və ödəniş sistemi operatoru fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verib.
Qeyd edək ki, “K Group” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır.