Kanada hökuməti dollar istiqrazlarının satışı üçün rəsmi ərizə təqdim etdiyini açıqlayıb. Satılacaq istiqrazların dəqiq həcmi barədə məlumat verilməsə də, Kanadanın hazırda 350 milyard dollar dəyərində Amerika qiymətli kağızlarına sahib olduğu və dünyada beşinci ən böyük ABŞ istiqrazları saxlayıcısı olduğu bildirilir.
Kanadanın yeni təyin olunmuş Baş naziri Mark Karni vəziyyətlə bağlı sərt açıqlamalar verib. Onun sözlərinə görə, “Amerikalılar bizim resurslarımızı, suyumuzu, torpağımızı, ölkəmizi istəyirlər” və uğurlu olduqları təqdirdə “onlar bizim həyat tərzimizi məhv edəcəklər”.
Karni, ABŞ-a xəbərdarlıq edərək, “əlcəklər atıldığında” Kanadanın həmişə hazır olduğunu və Amerikanın “səhv etməməli” olduğunu vurğulayıb. Baş nazir həmçinin qeyd edib ki, həm ticarətdə, həm də hokkeyda “Kanada qalib gələcək”.
Bu açıqlamalar iki ölkə arasındakı iqtisadi münasibətlərin gərginləşə biləcəyinə dair narahatlıqlar yaradır.