Azər Türk Bank-ın Prosessinq Mərkəzinin direktoru Namid Abdulova yeni vəzifə verilib. Belə ki, o, artıq fəaliyyətini Kapital Bank-da davam etdirəcək.
GDP xəbər verir ki, sorğumuza əsasən verilən məlumata görə Namid Abdulov bankın Ekvayrinq texnologiyaları sahəsinin lideri vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, Namid Abdulov bakalavr təhsilini “Maliyyə və kredit” ixtisası üzrə alıb. Magistr dərəcəsinə isə həmin ixtisas üzrə Azərbaycan Dövlət İqtisad Universitetində yiyələnib. Eyni zamanda London Biznes Məktəbində “Biznes administrasiyasının idarə olunması” üzrə master proqramını keçib.
O, Azər Türk Bank və Yapı Kredi Bankda məsul vəzifələrdə çalışıb.

