“Kapital Bank”ın İdarə Heyətinin sədri və baş icraçı direktoru Fərid Hüseynov, uzun müddətdir böyük bir komanda olaraq müştərilərə daha rahat, sürətli və innovativ həllər təqdim etmək üçün çalışdıqlarını bildirib.
GDP xəbər verir ki, Hüseynov, bu gün isə “Bir” ekosisteminin rəsmi olaraq istifadəyə verildiyini və bunun yalnız bir təqdimat deyil, yeni bir dövrün başlanğıcı olduğunu qeyd edib.
“Bir ekosistemi, etibar etdiyiniz brendləri bir araya gətirərək maliyyə, alış-veriş, nəqliyyat və bir çox sahədə vahid bir şəbəkə yaradır. Biz, Birbank olaraq bu ekosistemin ana sütunu olmaqla müştərilərimizə daha geniş imkanlar təqdim edirik,” – deyə Fərid Hüseynov vurğulayıb.
Hüseynov, bu uğurun arxasında dayanan tərəfdaşlara və bütün komanda yoldaşlarına təşəkkür edərək, yeni ekosistemin daha həyəcanverici yeniliklərlə gələcəyini bildirib.