Kapital Bank 2024-cü ildə korporativ bankçılıq istiqamətində daha çox biznes sahəsinə diqqət ayırıb. Bankın çox aktiv 200 min müştərisindən 140 mini BirBank Biznes mobil tətbiqindən istifadə edir, onlardan 100 mindən artıq hissəsi mikro sahibkarlardır.
GDP xəbər verir ki, “Kapital Bank” ASC-nin İdarə Heyətinin sədri, Baş İcraçı Direktoru Fərid Hüseynov, 2024-cü ilin 11 ayının nəticələri və 2025-ci ilin planlarına dair keçirilən mətbuat konfransında bu məlumatları açıqlayıb.
Mikro sahibkarlar əsas hədəf qrupuna çevrilib. Hesabların tam onlayn açılması, mobil POS üçün müraciətlərin artımı, rəqəmsal kreditlərin əldə edilməsi mikro sahibkarlar üçün daha əlçatan edilib. Kapital Bank mikro sahibkarlara verdiyi kreditlərin 80%-ni tam rəqəmsal formada BirBank Biznes platforması vasitəsilə təqdim edib.