Kapital Bank, müştəri davranışlarını təhlil edərək köçürmə xidmətlərində fərdi yanaşma əsasında müxtəlif limitlər tətbiq edir.
GDP xəbər verir ki, bankdan verilən məlumata görə, bu yanaşma çərçivəsində 10 milyona yaxın Kartın sahibi olan müştərilərə Birbank kartları arasında edilən köçürmələr tamamilə limitsiz və komissiyasız həyata keçirilir. Bu, Birbank istifadəçilərinin bir kartdan digərinə istədiyi qədər vəsaiti heç bir məhdudiyyət olmadan köçürə bilməsi deməkdir.
Digər yerli bankların kartlarına köçürmə edən müştərilər üçün isə gündəlik 10.000 manatadək olan məbləğlər üzrə komissiya ödənişindən azad edilib.

