Kapital Bankın İdarə Heyətinin Sədri Fərid Hüseynov LinkedIn sosial şəbəkəsində paylaşımında qeyd edib ki, gələcək cəsarət edib başlayanlarındır.
GDP xəbər verir ki, Hüseynov bildirib ki, bankın 5 il əvvəl başladığı rəqəmsal transformasiya prosesində əsas hədəfin yeni texnologiyaları tətbiq etməkdən daha çox, yerli maliyyə sektorunda “mümkünsüz” görünəni mümkün etmək olduğunu vurğulayıb.
Onun sözlərinə görə, bu gün həmin cəsarətli addımların real nəticələri özünü göstərir.
Son günlərdə Bir Ecosystem komandasının nümayəndələri Londonda McKinsey & Company-nin “QuantumBlack” komandası tərəfindən təşkil olunan “Süni İntellektlə Həyata Keçirilən Transformasiya” seminarında iştirak ediblər. Bankçılıq və maliyyə sahəsində süni intellektin imkanlarının müzakirə olunduğu tədbirdə “Agentic AI” və “Generative AI” kimi texnologiyaların müştəri xidmətləri, KYC (Müştərini Tanı) prosedurları, kredit analizi və fərdiləşdirilmiş təcrübələrdə tətbiqi məsələləri araşdırılıb.
Farid Hüseynov qeyd edib ki, Birbank kimi ölkənin ilk rəqəmsal bankı olaraq, 3.5 milyondan çox aktiv mobil tətbiq istifadəçisi ilə bu transformasiyada liderlik etməyə davam edirlər.
Paylaşımında o, vurğulayıb: “Qət etdiyimiz bu yola dönüb baxdıqda qazanılan uğurlu nəticələr bizə qürur verir. Həmçinin, bizi irəliyə aparan əsl motivasiya qarşıda bizi gözləyən gələcək və atacağımız yeni, cəsarətli addımlardır!”


