Kapital Bank aktivlərini maksimum dərəcədə effektiv idarə etməyə çalışır və uzunmüddətli daşınmaz əmlaka sərmayə qoymaqdan uzaq durmağa üstünlük verir.
GDP xəbər verir ki, bu barədə “Kapital Bank” ASC-nin İdarə Heyətinin üzvü Emin Məmmədov, 2024-cü ilin 11 ayının nəticələri və 2025-ci ilin planlarına dair keçirilən mətbuat konfransında məlumat verib.
Emin Məmmədov bildirib ki, Kapital Bank, əsasən, fəaliyyət göstərdiyi filialları icarəyə götürməyə maraq göstərir. “Zamanın tələbinə uyğun olaraq, bu aktivlərdən rahatlıqla çıxa bilmək üçün daha çox icarə strategiyasına üstünlük veririk. Çünki aktivləri satın aldıqda bu, uzunmüddətli investisiya hesab olunur,” – deyə o qeyd edib. Məmmədov əlavə edib ki, Kapital Bank Port Baku 2-ni də icarəyə götürüb.