Close Menu
    What's Hot

    Azərbaycan müsəlman turizm sahəsində beynəlxalq reytinqdə ilk 20 İƏT destinasiyası arasında yer alıb

    10 İyul 2025

    Elşən Kərimov: Təminat mexanizmi çərçivəsində ümumilikdə 173 zəmanət təqdim edilib

    09 İyul 2025

    Tapdıq Məmmədov: İpoteka krediti üçün müraciət edənlərin orta aylıq gəliri 1400 manat səviyyəsindədir

    09 İyul 2025
    Trending
    • Azərbaycan müsəlman turizm sahəsində beynəlxalq reytinqdə ilk 20 İƏT destinasiyası arasında yer alıb
    • Elşən Kərimov: Təminat mexanizmi çərçivəsində ümumilikdə 173 zəmanət təqdim edilib
    • Tapdıq Məmmədov: İpoteka krediti üçün müraciət edənlərin orta aylıq gəliri 1400 manat səviyyəsindədir
    • Taleh Kazımov, İsveçrə Milli Bankının sədri ilə ortamüddətli pul siyasəti, maliyyə sabitliyi və rəqəmsal təşəbbüslər barədə geniş fikir mübadiləsi aparıb
    • Rasim Abdullayev: Dövlət xətti ilə verilən ipoteka kreditlərindən 54,8 min şəxs faydalanıb
    • Rasim Abdullayev: İpoteka Kredit Zəmanət Fondunun bu günə qədər yığdığı mənfəət 172,1 milyon manat həcmindədir
    • İcbari Sığorta Bürosunun rəhbəri: “Xarici nəqliyyat vasitə sahibləri sərhədə gəlmədən online şəkildə sərhəd sığorta şəhadətnamələri əldə edə biləcəklər”
    • İcbari Sığorta Bürosu və  Əməyin Mühafizəsi Mərkəzi birgə təlimlər keçirir
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Elşən Kərimov: Təminat mexanizmi çərçivəsində ümumilikdə 173 zəmanət təqdim edilib

      09 İyul 2025
      Recent

      Elşən Kərimov: Təminat mexanizmi çərçivəsində ümumilikdə 173 zəmanət təqdim edilib

      09 İyul 2025

      Tapdıq Məmmədov: İpoteka krediti üçün müraciət edənlərin orta aylıq gəliri 1400 manat səviyyəsindədir

      09 İyul 2025

      Taleh Kazımov, İsveçrə Milli Bankının sədri ilə ortamüddətli pul siyasəti, maliyyə sabitliyi və rəqəmsal təşəbbüslər barədə geniş fikir mübadiləsi aparıb

      09 İyul 2025
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      İnvestisiya Şirkətlərinin xalis mənfəətinin həcminə görə renkinqi ( 2024-cü il)

      08 İyul 2025

      Nadir Babazadə: Bu gündən etibarən ABB İnvest müştəriləri ABŞ birjasında uzadılmış saatlarda da ticarət edə biləcək

      07 İyul 2025

      Elçin Məmmədov: ABB İnvestin aktivləri 20% artıb

      07 İyul 2025

      Mərkəzi Bankın nəzarət etdiyi yeganə kriptobroker Unicapital İnvestisiya Şirkətinin Direktoru Tofiq Həsənov qaydaları və şərtləri açıqlayır

      07 İyul 2025

      Nvidia tezliklə bütün dövrlərin ən bahalı şirkətinə çevrilə bilər

      04 İyul 2025

      ABŞ-da yenilənə bilən enerji şirkətlərinin səhmləri düşür, kömür şirkətlərinin qiymətləri isə artır

      30 İyun 2025

      Çin 1,2 milyard dollara Qazaxıstanın qızıl mədənini alır

      30 İyun 2025

      ABŞ səhmləri bahalaşıb, Fed-in faiz qərarı ilə bağlı yeni gözləntilər artıb

      26 İyun 2025

      Kvant texnologiyaları Bitcoin-in təhlükəsizliyinə təhdid yarada bilər

      26 May 2025

      BlackRock indi “Satoshi Nakamoto”dan sonra ikinci ən böyük Bitcoin sahibi olub

      21 May 2025

      Bitcoin qiyməti 20 mayda 107 min dollar səviyyəsini keçdi: günlük 1.43% artım

      21 May 2025

      Tayland ictimaiyyətdən vəsait toplamaq üçün rəqəmsal token -G-Token buraxacaq

      14 May 2025

      İnvestisiya Şirkətlərinin xalis mənfəətinin həcminə görə renkinqi ( 2024-cü il)

      08 İyul 2025

      Nadir Babazadə: Bu gündən etibarən ABB İnvest müştəriləri ABŞ birjasında uzadılmış saatlarda da ticarət edə biləcək

      07 İyul 2025

      Elçin Məmmədov: ABB İnvestin aktivləri 20% artıb

      07 İyul 2025

      Mərkəzi Bankın nəzarət etdiyi yeganə kriptobroker Unicapital İnvestisiya Şirkətinin Direktoru Tofiq Həsənov qaydaları və şərtləri açıqlayır

      07 İyul 2025
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      “Azərişıq” ASC-nin maliyyə nəticələri: Gəlir artıb, amma öhdəliklər və mənfəət azalıb

      06 İyul 2025
      Recent

      “Azərişıq” ASC-nin maliyyə nəticələri: Gəlir artıb, amma öhdəliklər və mənfəət azalıb

      06 İyul 2025

      2025-ci ilin ilk 6 ayında büdcə gəlirləri proqnoza nisbətdə 3,1%, ötən ilə nisbətən 5.1% artıq olub

      03 İyul 2025

      Məcnun Məmmədov: “Heyvandarlıq və süni mayalanmada Estoniya təcrübəsindən yararlanmaq prioritetdir”

      30 İyun 2025
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Biznes » Kazino ilə bağlı rüsum ödəniləcək – Detallar məlum oldu
    Biznes

    Kazino ilə bağlı rüsum ödəniləcək – Detallar məlum oldu

    18 İyun 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Xəbər verdiyimiz kimi, Azərbaycanda kazino oyunlarının təşkilinə icazə verilir.

    GDP xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən iclaslarında müzakirəyə çıxarılan “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

    Məlum olduğu kimi 2024-cü il mayın 7-də “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Tikinti məqsədləri üçün süni torpaq sahələrinin yaradılması ilə bağlı ictimai münasibətləri tənzimləyən həmin Qanun süni torpaq sahələrinin yaradılmasının təşkilati və hüquqi əsaslarını və süni torpaq sahələrindən istifadənin, o cümlədən süni torpaq sahələrində tikinti aparılmasının xüsusiyyətlərini müəyyən edib.

    Müzakirəyə təqdim olunan bu qanun layihəsi süni torpaq sahələrində sahibkarlıq fəaliyyətinin tənzimlənməsini, o cümlədən süni torpaq sahələrində kazino oyunlarının keçirilməsinin hüquqi və təşkilati əsaslarını müəyyən edilməsini nəzərdə tutur. Belə ki, süni torpaq sahələrində sahibkarlığın təşviqi və inkişafı məqsədilə investisiya fəaliyyətinin həyata keçirilməsi üçün şərait yaradılması təmin edilir. Layihəyə əsasən, Azərbaycan Respublikasında kazino oyunları bu Qanunun tələbləri nəzərə alınmaqla, yalnız süni torpaq sahələrində təşkil edilə və keçirilə bilər.

    Süni torpaq sahələrində kazino oyunlarının təşkili və keçirilməsi vergi daxilolmalarının artmasına, ölkənin turizm potensialının inkişafına, yeni iş yerlərinin açılmasına xidmət edəcək. Nəzərə alınmalıdır ki, hazırda Azərbaycan Respublikasının vətəndaşları kazino oynamaq üçün ya digər ölkələrə üz tuturlar, ya da onlayn kazino oyunlarına qoşulurlar. Kazinolara icazənin verilməsi eyni zamanda “kölgə qumar”ın qarşısının alınmasına xidmət edir. Məlumdur ki, hüquq-mühafizə orqanları tərəfindən ölkədə dəfələrlə gizli kazinolar aşkar olunub. Xüsusi olaraq vurğulanmalıdır ki, kazinolara icazə verilməsi son dövrlərdə dünyada böyük vüsət alıb. Kazino oyunlarına mövcud olan qadağanı ləğv edən dövlətlərin sayı son illər ərzində artmaqdadır. Bu ölkələrə misal olaraq Özbəkistanı göstərmək olar. Bununla yanaşı, Birləşmiş Ərəb Əmirliklərində 2027-cı ildə ilk kazinonun açılması gözlənilir. Əsas gəlir mənbəyindən biri kazino oyunları olan ölkələr sırasında Monako, Sinqapur, Filippini qeyd etmək olar. Azərbaycanla eyni coğrafi məkanda yerləşən Gürcüstan və Qazaxıstan da kazino biznesindən xeyli məbləğdə gəlir əldə edir.

    Qanun layihəsində kazino oyunlarının təşkil edilməsi və keçirilməsi ilə bağlı çox ciddi hüquqi tənzimləmə müəyyən olunub. Bu tənzimləmə kazino oyunlarının təşkil edilməsi üçün lisenziyanın əldə edilməsinə, habelə kazino oyunlarının təşkili və keçirilməsinə münasibətdə xüsusi nəzarət mexanizminin yaradılmasını nəzərdə tutur. Nəzarət kazino oyunlarının təşkil edilməsinə dair lisenziyanın əldə edilməsi üçün müraciət mərhələsindən başlayaraq, oyunların keçirilməsi müddətində daimi həyata keçiriləcək.

    Layihəyə əsasən, kazino oyunları kazino oyunlarının təşkilatçısının “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş vətəndaş qüsursuzluğu tələblərinə cavab verməsi ilə bağlı nəzarət orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya əsasında təşkil edilir.

    Layihədə kazino oyunlarının təşkilatçısına da dair xüsusi şərtlər əks olunub. İlk növbədə qeyd olunmalıdır ki, bu oyunların təşkilatçısı qismində yalnız hüquqi şəxslər çıxış edə bilərlər. Eyni zamanda kazino oyunlarının təşkili üçün lisenziya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şərtləri (tələbləri) yerinə yetirən hüquqi şəxsə verilir.

    Qanun layihəsində süni torpaq sahələrində kazino oyunlarının təşkili üçün dövlət rüsumunun məbləği müəyyən edilib, kazino oyunlarında uduş qazanmış şəxsin həmin uduşun kazino təşkilatçısından tələb edilməsinə dair təminat təsbit edilib. Bununla yanaşı, layihədə kazino oyunlarının həyata keçirilməsi ilə bağlı bir sıra qadağalar və məhdudiyyətlər əks olunub.

    Kazino oyunlarının yalnız süni torpaq sahələrində təşkil olunması bu fəaliyyətin nəzarətli və mərkəzləşdirilmiş formaya salınmasına imkan verir. Eyni zamanda, bu dəyişikliklərlə lisenziyalaşdırma, AML/CFT nəzarəti, reklam hüququ, vergi və rüsum tənzimləmələri, eləcə də hüquqi və inzibati məsuliyyət mexanizmləri normativ əsasda təsbit edilir.

    Bu yanaşma bir tərəfdən qeyri-leqal kazino oyunlara qarşı mübarizə vasitəsi kimi çıxış edəcək, digər tərəfdən isə Azərbaycanı regionda kazino turizminə açıq və tənzimlənən ölkə kimi mövqeləndirəcək. Eyni zamanda, 21 yaşından aşağı şəxslərin iştirakının qadağan olunması, virtual kazinoların qadağan edilməsi və maliyyə əməliyyatlarına dair xüsusi tələblər risklərin minimuma endirilməsi baxımından əhəmiyyətli hüquqi təhlükəsizlik tədbirləridir.

    Beləliklə, qanun layihəsi iqtisadi və hüquqi baxımdan əsaslı və mövcud normativ bazanın dəqiqləşdirilməsinə, eləcə də oyun biznesinin leqallaşdırılması yolu ilə dövlət nəzarətinin artırılmasına xidmət edir

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Azərbaycan müsəlman turizm sahəsində beynəlxalq reytinqdə ilk 20 İƏT destinasiyası arasında yer alıb

    10 İyul 2025

    Elşən Kərimov: Təminat mexanizmi çərçivəsində ümumilikdə 173 zəmanət təqdim edilib

    09 İyul 2025

    Tapdıq Məmmədov: İpoteka krediti üçün müraciət edənlərin orta aylıq gəliri 1400 manat səviyyəsindədir

    09 İyul 2025

    Taleh Kazımov, İsveçrə Milli Bankının sədri ilə ortamüddətli pul siyasəti, maliyyə sabitliyi və rəqəmsal təşəbbüslər barədə geniş fikir mübadiləsi aparıb

    09 İyul 2025
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.


    Ana səhifə

    Bank xəbərləri

    İqtisadiyyat

    Birja

    Digər