17 yanvar 2025-ci il tarixində “Premium Bank”ın əsas səhmdarı Zərifə Həmzəyevanın vəfatından sonra onun bank nizamnamə kapitalının 84,5%-ni təşkil edən səhmləri həyat yoldaşı Cahangir Əsgərova keçib.
Nazirlər Kabinetinin keçmiş üzvü, Azərbaycan Hava Yollarının (AZAL) sabiq prezidenti olan Əsgərov indi bankın əsas səhmdarıdır.
Qeyd edək ki, Zərifə Həmzəyeva uzun illər bankın əsas pay sahibi kimi fəaliyyət göstərib.