İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) məxsus “Birgə İnvest” MMC nizamnamə kapitalını azaltdığını elan edib.
GDP xəbər verir ki, “Birgə İnvest” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının 3 220 000.00 manat dəyərindən 3 195 075.10 manat dəyərinə qədər azaldığını elan edib.
Xatırladaq ki, “Birgə İnvest” 2019-cu ilin noyabr ayında “Biznesin İnkişafında Rahat Güvənli Əməkdaşlıq” adı ilə yaradılıb, bu ilin aprel ayında rebrendinq edib. Kommersiya qurumun KOBİA-nın dəstəyi ilə reallaşdırılan “Çiçəklənən Abşeron” layihəsinin koordinatorlarından biridir.