Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında Koordinasiya Qrupunun ilk iclası keçirilib.
GDP xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev sosial şəbəkə hesablarında məlumat paylaşıb.
Tədbirdə KOB-ların fəaliyyət imkanlarının genişləndirilməsi müzakirə olunub. Koordinasiya Qrupunun fəaliyyətinin daha çevik təşkili üçün operativ müzakirə platformalarının və tematik işçi qruplarının yaradılması nəzərdə tutulur.