Bitkoinin ən böyük institusional sahiblərindən biri olan Strategy fondunun portfeli hazırda 8,7 milyard ABŞ dolları həcmində zərər göstərir. Xatırladaq ki, 2022-ci ilin may ayında şirkətin rəhbəri Michael Saylor “Heç kim bitkoin alaraq indiyədək pul itirməyib” açıqlaması ilə diqqət çəkmişdi.
Eyni zamanda, Ethereum-un ən böyük sahiblərindən biri hesab olunan BitMine şirkətinin portfeli də 8,3 milyard ABŞ dolları həcmində zərərə düşüb.
Mütəxəssislər qeyd edirlər ki, kriptovalyuta bazarında davam edən yüksək volatillik iri institusional investorların belə ciddi maliyyə riskləri ilə üzləşməsinə səbəb olur.


