Kriştianu Ronaldu futbolçular arasında ilk milyardər olub.
GDP xəbər verir ki, Portuqaliyalı futbolçunun sərvəti 1,4 milyard dollara çatıb, bunu Bloomberg xəbər verib.
Bu nailiyyət 40 yaşlı futbolçunun Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubu ilə bağladığı böyük müqavilə ilə əlaqələndirilir. Razılaşmaya əməkhaqqı, bonuslar və eksklyuziv hüquqlar daxildir.
Ronaldun kapitalına onun böyük markalarla əməkdaşlığından əldə etdiyi gəlirlər də əhəmiyyətli dərəcədə töhfə verib. Gəlirlərin bir hissəsini, məsələn, mehmanxana biznesi, CR7 markalı geyimlər kimi kommersiya layihələri təşkil edir.