Mütəxəssislər ilk dəfə olaraq kvant texnologiyalarının Bitcoin-in təhlükəsizliyinə ciddi təhdid yaratdığı barədə xəbərdarlıq ediblər.
GDP xəbər verir ki, BlackRock şirkətinin ETF-lərin işə salınması ilə bağlı yenilənmiş ərizəsində bildirilib ki, kifayət qədər güclü kvant kompüterləri Bitcoin-in əsas kriptoqrafik sistemlərini – SHA-256 və ECDSA-ni – və bütün müasir rəqəmsal infrastrukturu sındırmaq qabiliyyətinə malik ola bilər.
Ekspertlərin qiymətləndirmələrinə görə, belə kvant texnologiyalarının yaradılması və istifadəyə verilməsi 10-20 il ərzində mümkün ola bilər. Bu isə rəqəmsal valyutaların və digər kritik məlumatların təhlükəsizliyi üçün ciddi çağırışlar yaradır.