2025-ci il ərzində ipoteka krediti bazarında bir sıra dinamik dəyişikliklər müşahidə olunub.
GDP xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, sentyabr ayına olan məlumatları nəzərə aldıqda, bankların ipoteka kreditlərində ilin əvvəlinə nisbətən 28.5 mln manat və ya 134.4% artım müşahidə olunur.
İpoteka və kredit Zəmanət Fondunun yerleşdirilmiş istiqrazlarının həcmi il ərzində sabit qalaraq 150 mln manat səviyyəsində olub. Fond cari ilin aprel (100 mln), may (30 mln), iyul (40 mln), avqust (30 mln) və sentyabr (150 mln) aylarında əlavə istiqraz yerləşdirmələri həyata keçirilib.
Dövlət xətti ilə verilən ipoteka kreditlərinin aylıq ödənişlər isə orta hesabla 456.9 manatdan 468.7 manata qədər yüksəlib, bu da təxminən 2.6% artım deməkdir. Faiz dərəcələri isə sabit qalaraq ildə 6.36%-6.38% aralığında dəyişib.

