Azərbaycan Mərkəzi Bankı (AMB) “A-Solutions” Elektron Pul Təşkilatı MMC-yə icrası məcburi göstərişlər verib. GDP xəbər verur ki, qurumun yaydığı məlumata əsasən, qərar nəzarət tədbirləri zamanı aşkar edilmiş bir sıra çatışmazlıqlarla bağlıdır.
Bildirilib ki, şirkətə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, həmçinin informasiya təhlükəsizliyi, daxili nəzarət və risklərin idarə olunması istiqamətlərində müəyyən edilmiş nöqsanların aradan qaldırılması tapşırılıb.
Mərkəzi Bankın göstərişləri icrası məcburi xarakter daşıyır. Qeyd olunan tələblərin yerinə yetirilməsi şirkətin fəaliyyətində müvafiq sahələr üzrə təkmilləşdirmələrin aparılmasını nəzərdə tutur.

