Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov “Visa” şirkətinin baş vitse-prezidenti, MDB, Cənubi və Şərqi Avropa regionu üzrə meneceri Kristina Doros ilə görüş keçirib.
GDP xəbər verir ki, görüş zamanı ödənişlər sahəsində son tənzimləyici dəyişikliklər, fırıldaqçılıq hallarının qarşısının alınması, eləcə də ödəniş sistemləri və sərhədlərarası köçürmələrin təhlükəsizliyinin artırılması istiqamətində müasir yanaşmalar müzakirə olunub.
Tərəflər həmçinin Azərbaycanda ödəniş infrastrukturunun modernləşdirilməsi, rəqəmsal ödəniş ekosisteminin inkişafı və innovativ həllərin tətbiqi istiqamətində görülən işlər və planlaşdırılan təşəbbüslər barədə geniş fikir mübadiləsi aparıblar.

