Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) pul-kredit siyasəti alətlərinin tətbiqi zamanı maliyyə bazarlarındakı proseslər və bank sisteminin likvidlik mövqeyinin nəzərə alındığını açıqlayıb.
GDP Mərkəzi Banka istinadla xəbər verir ki, bank sistemi üçün likvidliyin artırılmasında Maliyyə Nazirliyinin depozit əməliyyatlarının davam etdiyi və bu təsirin qüvvədə olduğu bildirilib.
Mərkəzi Bankın məlumatına görə, ötən faiz dərəcəsi iclasından bəri təminatsız pul bazarında faizlər, Bankın faiz dəhlizi daxilində və uçot dərəcəsinə (6.75%) yaxın hərəkət edib. AZIR (Azərbaycan Interbank Sifarişli Faiz Dərəcəsi) indeksinin orta günlük səviyyəsi oktyabrda 6.89%, noyabrda 6.91%, dekabr ayının keçən dövründə isə 6.94% olmuşdur.
Bank qeyd edib ki, əsas olaraq 1 həftəlik açıq bazar əməliyyatları ilə pul-kredit siyasətindən kənar amillərin AZIR-ə təsiri minimallaşdırılıb.
Gəlirlilik parametrlərinə gəldikdə, ötən iclasdan bəri gəlirlilik əyrisində və Mərkəzi Bankın özü tərəfindən buraxılan maliyyə alətləri (notları) üzrə gəlirlilikdə azalmalar qeydə alınıb.
Depozit və kredit faizləri ilə bağlı isə ötən iclasdan sonra əhəmiyyətli dəyişiklik müşahidə olunmayıb.
Qeyd edəki ,bu, faiz dəyişikliyinin real sektor üçün ötürücülük mexanizminin tədricən işlədiyini göstərə bilər.
Müəllif: Aynur Qəniyeva

