Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Beynəlxalq Valyuta Fondunun Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon və ölkəmizin də daxil olduğu Seçki Qrupu üzrə icraçı direktoru Patrik Loşevskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
GDP xəbər verir ki,görüş zamanı Azərbaycanda mövcud makroiqtisadi vəziyyət, inflyasiyaya təsir edən əsas amillər, pul siyasətinin ötürücülüyünün gücləndirilməsi və pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub.
Eyni zamanda, tərəflər arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcəkdə genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.





