Mərkəzi Bankın rəhbərliyi, Zəfər Gününün 5-ci ildönümü münasibətilə Vətən müharibəsində iştirak etmiş əməkdaşlarla görüş keçirib.
Tədbir, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Dövlət Himni səsləndirilib.
Görüşdə çıxış edən Mərkəzi Bankın sədri Taleh Kazımov, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Azərbaycan xalqının birliyi və qəhrəman ordumuzun igidliyi sayəsində qazanılan tarixi qələbənin xalqımızın taleyində yeni, qürurverici bir səhifə açdığını bildirib.
Sədr, Zəfər Günü və yaxınlaşan Dövlət Bayrağı Günü münasibətilə müharibə iştirakçısı olan əməkdaşları təbrik edib və onların ölkənin suverenliyi və ərazi bütövlüyünün təminindəki xidmətlərinə görə təşəkkürünü ifadə edib.








