Mərkəzi Bankın sədri Taleh Kazımov ölkəmizdə səfərdə olan Dünya Bankının Avropa və Mərkəzi Asiyada rifah üzrə regional direktoru Əsəd Ələmin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüş zamanı ölkədə makroiqtisadi vəziyyət, maliyyə sektorunda həyata keçirilən islahatlar və rəqəmsal ödənişlərin inkişaf məsələləri müzakirə olunub. Tərəflər həmçinin Mərkəzi Bank ilə əməkdaşlıq çərçivəsində DB tərəfindən icra edilən “Maliyyə sektorunun modernləşdirilməsi 3” layihəsi üzrə həyata keçirilmiş və nəzərdə tutulan işlər barədə geniş məlumat mübadiləsi aparıblar.
Görüşdə eyni zamanda DB-nin Azərbaycandakı fəaliyyəti və gələcək perspektivləri üzrə ətraflı fikir mübadiləsi aparılıb.


 
									 
					