Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) Qərbi Balkan və Cənubi Qafqaz ölkələri üzrə direktoru Vibke Şlömerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
GDP xəbər verir ki, görüş zamanı ölkədə BMK-nin dəstəyi ilə icra olunan təşəbbüslər, dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihələr, eləcə də təşkilatın Azərbaycanın iqtisadi dayanıqlılığının artırılmasına töhfə verəcək gələcək planları ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə həmçinin Mərkəzi Bank və BMK arasında əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə olunub və tərəfdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.


