Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Sənan Mustafayev və İsmayıl Hüseynov ilə Mərkəzi Bankda həyata keçirilən mentorluq proqramının başa çatması münasibətilə növbəti görüş keçirib.
Görüş zamanı qaliblərin fərdi inkişaf planları çərçivəsində gördükləri işlər, əldə etdikləri nəticələr, həmçinin şəxsi inkişaf, təhsil və karyera istiqamətində atdıqları addımlar ətrafında geniş fikir mübadiləsi aparılıb.
Taleh Kazımov mentorluq proqramında fəal iştiraklarına görə qaliblərə tövsiyə məktubu təqdim edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Qaliblər isə göstərilən diqqət və dəstəyə görə Mərkəzi Bankın sədrinə təşəkkürlərini ifadə ediblər.
Qeyd edək ki, növbəti “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi 6 mart – 16 aprel 2026-cı il tarixlərində onlayn formada https://yukselish.az/register linki vasitəsilə həyata keçiriləcək.




