2025-ci ilin dekabr ayından etibarən Mətin Yolçiyev Bakı Fond Birjasının İdarə Heyətinin üzvü seçilib və Baş Əməliyyat inzibatçısı təyin edilib.
GDP xəbər verir ki, Mətin Yolçiyev 2018-ci ilin aprel ayından etibarən Bakı Fond Birjasında fəaliyyətə başlamış, Birjada müxtəlif vəzifələrdə çalışmışdır. Karyerası ərzində ticarət əməliyyatları və üzvlük proseslərinə rəhbərlik etmiş, Birja və kapital bazarı üzrə həllərin və layihələrin icrasını təmin etmişdir.
Hazırda Ticarət və Dəstək, Üzvlük, Analitika və Layihələrin İdarəedilməsi şöbələrinə nəzarət edir. Fəaliyyəti boyunca qiymətli kağızlar bazarı üzrə ixtisaslaşma proqramlarını tamamlamışdır. Təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində Dünya İqtisadiyyatı ixtisası üzrə bitirmişdir. ADA Universitetinin ikili diplom proqramı çərçivəsində MBA (Maliyyə) üzrə təhsilini davam etdirir.

