Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Laçında 91 fərdi yaşayış binasının tikintisi ilə bağlı tender keçirib.
GDP xəbər verir ki, tenderin qalibi olan “Minera” MMC ilə 21,5 milyon manatlıq müqavilə bağlanıb.
Bu o deməkdir ki, Laçın rayonunun Bəylik kəndində ev tikintisinə 236 min manatdan çox vəsait xərclənəcək və bu qiymətə torpağın dəyəri də daxildir.