Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, 2024-cü ildə istehlakçı hüquqları və bazar nəzarəti ilə bağlı cəmi 7979 müraciət qeydə alıb.
GDP xəbər verir ki, bu barədə Agentliyin rəhbəri Məmməd Abbasbəyli sosial şəbəkə hesabında məlumat verib.
O bildirib kii, müraciətlərin bölgüsü aşağıdakı kimi olub:
- 3880 müraciət qeyri-qida məhsulları ilə bağlı,
- 3472 müraciət xidmət sektoruna aid,
- 366 müraciət qida təhlükəsizliyi,
- 124 müraciət dərman vasitələri və tibbi avadanlıqlar,
- 20 müraciət tütün məmulatları,
- 117 müraciət digər sahələrlə əlaqədar.
Agentliyin rəhbəri Məmməd Abbasbəyli sosial şəbəkələrdəki paylaşımında qeyd edib:
“Tədbirlərimiz istehlakçıların rifahını və bizneslərin müştəriyönümlülüyünü hədəfləyir. 2024-cü ildə qeydə alınan müraciətlərin 70%-dən çoxu təxirə salınmadan həll edilib.”
Statistika:
- Qeyri-qida: 3880
- Xidmət: 3472
- Qida: 366
- Dərman/Tibbi: 124
- Tütün: 20
- Digər: 117