Azərbaycan Mərkəzi Bankı Azərbaycan Beynəlxalq Bankına qarşı maliyyə sanksiyası tətbiq edib.
GDP xəbər verir ki,dövlət bankı 15 oktyabr – 14 noyabr tarixlərini əhatə edən dövrdə manatla məcburi ehtiyatları tələb olunan normadan az saxladığına görə 272 344 manat məbləğində cərimələnib.
Qeyd edək ki, banklara tətbiq edilən məcburi ehtiyatlar üzrə tələblər “Mərkəzi Bank haqqında” qanun və qurumun “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması” qaydası əsasında tənzimlənir.