Bank sektorunun öhdəliklərin 48%-ni hüquqi şəxslərin depozitləri, 31%-ni fiziki şəxslərin depozitləri, 20%-ni digər öhdəliklər təşkil edir.
GDP Mərkəzi Banka istinadən xəbər verir ki, sektorun maliyyələşməsində fiziki şəxslərin depozitlərinin payı artsa da, öhdəliklər əsasən hüquqi şəxslərin depozitləri hesabına formalaşmaqdadır.
Belə ki, öhdəliklərin 48%-ni hüquqi şəxslərin depozitləri, 31%-ni fiziki şəxslərin depozitləri, 20%-ni digər öhdəliklər təşkil edir. Bank sektorunun aktivləri
iqtisadiyyatın şəffaflaşması, iqtisadi artımın davam etməsi, banklararası bazarın
dərinləşməsi və əhalinin bank sektoruna inamının əsas göstəricilərindən olan fiziki
şəxslərin depozitlərinin artması fonunda genişlənmişdir.