Azərbaycan Mərkəzi Bankı valyuta dəyişmə məntəqəsi “Meta-Kapital” MMC-nin lisenziyanın dayandırılması barədə qəbul edib.
GDP bu barədə AMB-yə istinadən xəbər verir.
Belə ki, requlyator tərəfindən “Meta-Kapital” MMC-də aparılan cari nəzarət prosesləri çərçivəsində verilmiş icrası məcburi göstərişə əməl edilmədiyi, “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 3.7-ci, 4.10-cu, 5.2-ci, 6.6-cı və 6.7-ci bəndlərinin tələblərinin pozulması, 3.6-cı, 4.7-ci və 6.5-ci bəndlərinin tələblərinin pozulmasının təkrar baş verməsi halları müəyyən edilib.Aşkar olunmuş pozuntu hallarının aradan qaldırılması və fəaliyyətin müvafiq qanunvericilik aktlarının tələblərinə uyğunlaşdırılması məqsədi ilə “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-7.1.2-ci və 13-7.2-ci maddələrinə uyğun olaraq Mərkəzi Bankın qərarı ilə valyuta mübadiləsi əməliyyatlarının aparılması üçün “Meta-Kapital” MMC-yə verilmiş 13.05.2022-ci il tarixli, VMF-05 nömrəli lisenziyanın qüvvəsi 18.08.2025-ci il tarixindən 1 ay müddətinə dayandırılıb.Xatırladaq ki, “Meta-Kapital”ın hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospekti, ev 33, mənzil 41 olsa da, şirkət Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 7B ünvanında fəaliyyət göstərir.